Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib. Bu barədə 25 avqust tarixində Report məlumat verib.
Belə ki, minik avtomobili 1985-ci il təvəllüdlü C.Ələsgərov və onun 5 yaşlı qızını vurub.
Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.