Oğuz rayonunda ölüm hadisəsi baş verib. Bu barədə 23 yanvar tarixində Oxu.az məlumat verib.
1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Kənan Əsgərlinin Oğuz rayonunda apteklərin birində qəfildən halı pisləşib.
K.Əsgərli dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, o, ürək çatışmazlığından ölüb.