Gəncədə azyaşlını maşın vurub. Bu barədə 11 avqust tarixində APA məlumat verib.
Hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü Yağmur İsgəndərovanı vurub. 10 yaşlı piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.