Gəncə polisi 24 yaşlı Azər Abbasovu saxlayıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 12 iyun tarixində xəbər verir.
Ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb.
Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.