Gəncədə yeniyetmə qız itkin düşüb. Bu barədə Report 30 may tarixində xəbər verib.
Hadisə mayın 28-də Gəncə şəhərinin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Şəhər sakini, 16 yaşlı Aytən Orucova yaşadığı evdən çıxaraq, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.