Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Ötən gün 18 yaşlı Məhəmməd İmanzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.İmanzadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.