Gəncədə 20 yaşlı gənc bıçaqlanıb. Bu barədə 26 iyul tarixində Report məlumat verib.
O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
S.Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 2003-cü il təvəllüdlü D.Xəlilov və 2004-cü il təvəllüdlü M.Orucov saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.