Gəncədə intihar hadisəsi baş verib. Bu barədə Report 4 noyabr tarixində xəbər verib.
20 yaşlı Gəncə şəhər sakini Q.Qasımov yaşadığı evin çardağında naməlum səbəbdən özünü asaraq öldürüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.