Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Hadisə Gəncə şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.