Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 27 iyul tarixində Report məlumat verib.
Hadisə şəhərin Atabəylər küçəsində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Rəşad Namazovu minik avtomobili vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.