Gəncədə piyadanı maşın vurub. Bu barədə 24 yanvar tarixində APA məlumat verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Aybəniz Rəhimovanı vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.