Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Famil Nəsibovun universitetdə aparılan korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.
Faktı Baş Prokurorluq təsdiqləyib.