Gəncədə əsgər intihar edib. Bu barədə 14 iyul tarixində Oxu.az məlumat verib.
İntihar Gəncədəki “N” saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü asaraq intihar edib.
Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.