Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 2 dekabr tarixində xəbər verib.
Şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan avtomobil 34 yaşlı Firuzə Məmmədovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.