Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 21 avqust tarixində Report məlumat verib.
Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.
Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.