Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 10 iyul tarixində APA məlumat verib.
Belə ki, Samux rayon sakini E. İlyasov idarə etdiyi Mercedes markalı avtomobil ilə Gəncə şəhərinin Atatürk prospekti ilə S. Vurğun küçəsinin kəsişməsində yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü şəhər sakini Rahilə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd olunub ki, Rahilə Hüseynova mənzil kommunal təsərrüfatı birliyinin işçisi olub.