Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə Report 2 fevral tarixində xəbər verir.
Gəncə şəhər sakini, 60 yaşlı Emil Quliyev şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.