Gəncədə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Bu barədə İnsanoid Baku Tv-yə istinadən bu gün, 31 yanvar tarixində xəbər verir.
Veys Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai asayişi nümayişkaranə şəkildə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olub.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.