Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Xoşbulaq kəndində keçirilən vida mərasimi başa çatıb.
Şəhidin nəşi Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Daşkəsən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.