Gəncə şəhəri ərazisində çirkabın torpağa axıdılması faktı aşkar olunub. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddəsinin tələblərini pozduqlarına görə şəhər sakini olan 5 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.