Gəncədə cinayət hadisəsi baş verib. Bu haqda 30 noyabr tarixində Gəncəxəbər-ə istinadən məlumat veririk.
Şəhərin Nizami Gəncəvi prospektində 23 yaşlı Sürəyya Abbasova baş nahiyəsindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Əraziyə polis əməkdaşları cəlb olunublar. İlkin məlumata əsasən, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.