Gəncədə yanğın hadisəsi baş verib. Bu barədə APA 17 may tarixində xəbər verib.
Şəhərin İqor Makeyev küçəsində 68 yaşlı Çingiz Cəfərova məxsus evdə anidən yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.