Gəncədə yerləşən sexlərin birindən 4 200 manat dəyərində xəmirqarışdıran aparat, elektron tərəzi və məişət əşyası, digər bir evdən isə kombi aparatı oğurlanıb.
Bu barədə 30 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Şübhəli bilinən Gəncə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşad Qənbərov saxlanılıb.
Araşdırma aparılır.