Gəncədə iki avtomobil yanıb. Bu barədə 20 iyul tarixində APA xəbər verib.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
"Ford Transit" markalı avtomobilin yanar konstruksiyası qısaqapanmaya görə tamamilə yanıb. Yanğının yanaşı parklanmış "Mercedes Sprinter" markalı avtomobilə keçməsi nəticəsində ikinci maşının da salonu və sağ hissəsi yanıb.