Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Şəhərin Nizami Gəncəvi prospektində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Günay Adıgözəlovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.