Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Naməlum şəxs şəhər sakini, 48 yaşlı Emin Məmmədovla əvvəl mübahisə edib.
Daha sonra həmin şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyatı xaricə tökülüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.