Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb. Bu barədə 31 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqların birindən mərmərdən hazırlanan sinədaşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.