Gəncə şəhərində qadın özünü binadan atıb. Bu barədə Report 5 iyun tarixində xəbər verib.
Şəhərin 3-cü mikrorayon ərazisində 41 yaşlı Pərvanə Hüseynova 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Qadın hadisə yerində keçinib.
Daşkəsən rayon sakini olan qadının həmin ünvanda kirayədə yaşadığı və axtarışda olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.