Gəncədə qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 2 avqust tarixində məlumat verir.
Gəncə polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Fərahim Verdiyev saxlanılıb.
Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirlərinin davamı olaraq, Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd “AK-72” tipli avtomat, həmin avtomata aid 2 ədəd sandıqça, həmin silahın 2 ədəd ehtiyat hissəsi və 135 ədəd patron aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Hazırda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
[caption id="attachment_124167" align="alignnone" width="696"]
Foto DİN[/caption]