Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bu gün, 4 avqust tarixində xəbər verir.
Gəncədə qanunsuz olaraq odlu sulah saxlamaqda və gəzdirməkdə şübhəli bilinən Fərahim Verdiyev saxlanılıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.
Z.Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu silah almasını, onu şəhər ərazisində gizlətməsini etiraf edib.
Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.