Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb. Bu barədə 1 iyun tarixində Report məlumat verib.
Hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.
"Mercedes Vito" markalı mikroavtobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çarpılıb.
Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="2" link="file" size="full" ids="117658,117659"]