Gəncədə su basan evdə 3 nəfər təxliyə edilib - VİDEO
Gəncə şəhərinin Əhməd Cavad küçəsində intensiv yağıntılar səbəbindən həyətyanı sahəsini su basmış fərdi yaşayış evində bir ailənin 3 üzvü təxliyə edilib.
Bu barədə 23 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.