Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə 21 iyul tarixində Report Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Mustafa Əhmədovun "VAZ" markalı avtomobil ilə toy karvanında sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq etdiyi və digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığı müəyyən edilib.
Onun barəsində protokol tərtib olunub. Saxlanılan şəxs 18 sutka müddətinə inzibati qaydada həbs olunub.
Eyni zamanda avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişiklik aradan qaldırıldıqdan sonra avtomobillərin istifadəsinə icazə verilib.