Gəncədə yeniyetməni maşın vurub. Bu barədə 4 noyabr tarixində APA məlumat verib.
Şəhər ərazisində 2008-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Z. İlknur naməlum sürücü tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.
Nəticədə 14 yaşlı piyada kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.