Gəncədə vətəndaşdan saxta pul əsginası aşkar edilib.
Bu barədə 25 iyul tarixində Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Samux rayon sakini ASAN xidmət mərkəzində saxta pulla rüsum ödəməyə çalışarkən onda 1 ədəd saxta 50 manatlıq pul əsginası aşkar edilərək götürülüb.
Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən edilməsi üçün zəruri tədbirlər davam etdirilir.