Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 4 dekabr tarixində xəbər verib.
Şəhərin Dədə Qorqud küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində "VAZ 2107" markalı avtomobillə "Honda" markalı maşın toqquşub.
İlkin məlumata görə, qəza zamanı hər iki sürücü - Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.