Gəncədə Akademik Zülfüqar Məmmədov adına xəstəxananın baş həkimi işdən azad edilib. Bu barədə noyabrın 7-də APA xəbər yayıb.
Qafar Niyazi oğlu İbrahimov öz ərizəsi ilə işdən uzaqlaşıb. O, 5 ildən çox bu vəzifədə çalışıb.
Tibb ocağına yeni baş həkim də təyin olunub. Həmin vəzifəni Quliyev Azad İlyas oğlu icra edəcək.
Məlumata görə, o, əvvələr də sözügedən xəstəxananın və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi olub.