Gəncədə şəhərdaxili marşrut xətti üzrə yeni avtobuslar istifadəyə verilib. Bu barədə 1 fevral tarixində Report məlumat verib.
Gəncə şəhərində ən uzun marşrut xətlərindən biri olan 4 saylı marşrut xəttinə 10 ədəd yeni və müasir avtobuslar buraxılıb. Ümumilikdə isə daşıyıcı şirkət 18 avtobus alıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.
58-60 sərnişin tutumlu avtobuslar 2018-ci il istehsalıdır və ekoloji cəhətdən təmizdir, "Avro 6" standartlarına cavab verir.