Gəncə şəhərində yaşayış binasının 5-ci mərtəbəsindən yıxılan 12 yaşlı yeniyetmə ağır xəsarətlər alıb. Bu barədə Report 5 iyun tarixində xəbər verib.
Hadisə şəhərin İdris Məşədi Zaman oğlu küçəsində baş verib.
Yeniyetmə xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.