Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 7 aprel tarixində APA məlumat verib.
Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində "VAZ-2106" markalı maşına çarpılıb. Nəticədə sonuncu avtomobil yol kənarında dayanan taksiyə dəyib.
İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb.
[gallery link="file" size="full" ids="111721,111722,111723"]