Gəncə şəhərində bəzi ərazilərdə təbii qazın verilişi dayandırılıb. Bu barədə Report 25 yanvar tarixində xəbər verib.
Buna səbəb avtomobilin yoldan çıxaraq qaz xəttini sındırması olub.
Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.