Sabah “Gənclik” stansiyasında “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə 30 avqust tarixində Report məlumat verib.
Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, qatarların hərəkəti intensivləşdiriləcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.
Bakı metrosunun “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.