Goranboy şəhəri 2 saylı orta məktəbin ətrafında qəzalı vəziyyət yarandığı üçün aprelin 23-də keçiriləcək buraxılış imtahanının məkanı dəyişdirilib. Bu barədə aprelin 14-də Dövlət İmtahan Mərkəzi məlumat paylaşıb.
İmtahan Goranboy şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada baş tutacaq. Şagirdlər imtahana yeni buraxılış vərəqəsini çap etməlidirlər.