Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb. Bu barədə 5 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək, müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərk-silah edilib.
İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşının vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş, orada 2 dəfə havaya, 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açmışdır. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilmişdir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.