Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.
Goranboy rayon sakinləri – 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri müvafiq olaraq, kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.