Goranboy rayonunun Qaradağlı kəndində gənc qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə Report 17 yanvar tarixində xəbər verib.
26 yaşlı D.Qədimova yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.