Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Bu barədə APA 2 dekabr tarixində xəbər verib.
44 yaşlı rayon sakini G.Fərmanova əl və üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisə qadın yaşadığı evdə qaz sobasını yandıran zaman baş verib.