Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 15 yanvar tarixində xəbər verir.
Rayonun Əlirzalı kəndində hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 53 yaşlı Müşviq Quluyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.