Goranboy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində Report.az-a istinadən verir.
İki avtomobilin toqquşması nəticəsində 31 yaşlı Həsənov Hacı Malik oğlu, 67 yaşlı Rəhimova Həqiqət Ələddin qızı, 35 yaşlı Rəhimov Arzu Mustafa oğlu və 24 yaşlı Həsənova Fatimə Mustafa qızı xəsarət alıblar.
Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.