Goranboyda qəza baş verib. Bu barədə 1 avqust tarixində Report məlumat verib.
Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobili aşıb.
Nəticədə 40 yaşlı Ceyhun Rəhimov və 38 yaşlı Vüsal Əliyev xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.